Könül
Ay ağalar, gəlin vəsfin söyləyim,Heç bilmirəm birdən puş olur könül.Birdən dərviş olur, eldən dolanır,Birdən bəzirgannan xoş olur könül.
Birdən dəryalarda qarğı-qamışdır,Birdən bostanlarda dürrü yemişdir,Birdən əşrəfidir, birdən gümüşdür,Birdən pas tutana tuş olur könül.
Ay ağalar, birdən coşur, atlanır,Birdən xışmalanır, yenə qatlanır.Birdən şəkər olur, baldan dadlanır,Hardandı bu çönmə çaş olur könül.
Məmmədhüseyn deyər, könül ayrılmaz,Ərəb at yorulsa, könül yorulmaz.Könül bir şüşədir, sınsa sarınmaz,Sarsan da qanadsız quş olur könül.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
YetişdiBu dünyada heç şad olub gülmədim,Hər vaxt işim ahu-zara yetişdi.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,