Keçdi
Sərçeşmə başında bir şux nazənin,Əlində bir dəstə gül gəldi keçdi.Soyuq bir vəlvələ saldı canıma,Sandım qarşı dağdan yel gəldi keçdi.
Dedim: – Bir cam su ver, qoyma ki, yanam,Dedi: – Uzaqda dur, şəklənər anam.Dedim: – Tərpənməyə yoxdu tavanam,Cavab qaytarınca il gəldi keçdi.
Dedim: – Bu xəlvətdə gəl qəmzə satma!Dedi: – Məmmədhüseyn, sözü uzatma!Dedim: – Xətəngini sinəmə atma!Atdı, qan eylədi, sel gəldi keçdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-kecdi
Use ← → keys to move, R for a random poem