Könül uyma hər yetənə, yad olar,Ömrünə vəfalı şirin dil-dilə.İstəmə ay üzlü türfə gözəli,Ömrü boyu sənnən ötə dil-dilə.

Gözəl gərək hər dərsini cəm ala,Fikir verə mərifətə, camala.Könül vermə bütün aləm cəm ola,Toxunmasan yarla əgər dil-dilə.

Məmmədhüseyn, axtar sənə yar olan,Bağlan bir soyluya, ona yar ol, an.Tap bütün ömrünə arxa, yar olan,Dəm verməz heç zaman əhli-dil dilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love