Deyirəm bəs dostum, niyə düşübsən,Demə urcahsanmış bəd əsilə sən.Aramamış sən əslini, soyunu,Uymusan o vaxtdan xoş camala sən.

Söz deməmiş qabağından dönərmiş,Alışanda çətin ki o sönərmiş.Utanmasa palanlayıb minərmiş,Əcabə çatmısan xoş vüsala sən.

Yumruq ilə sənə könül hörəndə,Məmmədhüseynin yandı qəlbi görəndə.Yazıq uşaqlar da pərən-pərəndə,Batmısanmış tamam yağa, bala sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets