Daradı
Uydum bu dünyanın olan gəştinə,Dedim ki, göstərməz mənə dar, adı.Aldadıb, aldadıb axır günümdə,Sındırıban qol-budağım daradı.
Atdı qürbət elə, saldı çənginə,Naxələf kəslərin düşdüm cənginə.Fələyin hökmü nə, onun cəngi nə?Demə meyli bəd işədi, daradı.
Bir salıbsan, bir də salma azara,Gəlmişəm əlindən zara, a zara.Qara iqbal, Məmmədhüseyni az ara,Yaman durub gözlərimə dar adı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-daradi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Getdi can, göydü könül, ta gördüm, ey canum səniGetdi can, göydü könül, ta gördüm, ey canum səni,Canü dil birlə sevibmən neyləyim canum səni.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir