İncimişəm bir sözündən,Gəl könlümü al, ay Pəri.Göz yoldayam nə müddətdi,Məni yada sal, ay Pəri.

En yaylaqdan bizim kəndə,Pişvazına çıxım mən də.Bircə dəfə sən bu gündə,Gəl yanımda qal, ay Pəri.

Məmmədhüseyn intizarda,Gözüm yolda, qəlbim darda.Geyin-kecin əlvan xara,Ver ləbindən bal, ay Pəri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets