Səhər, axşam büsatın var,Qoyma suyun dona, bulaq.Hər gün səni pişvaz eylər,Neçə-neçə “sona”, bulaq.

Gözəllərin gözəlləri,Qələm qaşlı neçə pəri.Bu dağların tək dilbəri,Mehman olur sana, bulaq.

Yetir ona salamımı,Məcnun-Məcnun kəlamımı.Onsuz yaram sağalımı?Dönər bağrım qana, bulaq.

Həzin nəğmədir zümzümən,Ətrafındır nə xoş gülşən.İlhamınla bu çöl, çəmən,Gəlir hər il cana, bulaq.

Etmə məndən o, mələyi,Odur eşqimin gərəyi.Məmmədhüseynin də ürəyi,Olub şana-şana, bulaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets