Qəzəl: Qönçə tək eldən kişi sirrin nihan etmək gərək
Qönçə tək eldən kişi sirrin nihan etmək gərək,Aşiqi-yekrəng olan bağrını qan etmək gərək
Müşkül işdir dərdi hər bidərdə izhar eyləmək,Dərdi bir dərd əhlinə xatirnişan etmək gərək
Xalqdan tərki-əlaqə eyləyib ənqa kimi,Bir qənaət guşəsində aşiyan etmək gərək
Yaxşı gündə bilmək olmaz kim diyanət kimdə var,Yaxşı yoldaşı yaman gün imtahan etmək gərək
Ey Nişat, ox tək sözündən hər kimə səhm əkinər,Belədir, doğru sözü xatirnişan etmək gərək
Kitabxana.az · https://kitabxana.az/en/works/nisat-sirvani-qezel-qonce-tek-elden-kisi-sirrin-nihan-etmek-gerek
Use ← → keys to move, R for a random poem
More by this author
Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdümBaşdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Poems by other poets
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,