Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm

Rahi-eşqində dil ü canımı nəzr eyləmişəm,Hər cəfa eylərisən, eylə, peşiman deyiləm

Aşina sən yetimi məndən edirsən ikrah,Sənə mən qurban olum, mən məgər insan deyiləm

Sən müsəlman bilübən nifrət edirsən məndən,Sənə aşiq olalı mən də müsəlman deyiləm

Dili pürqüssə Nişatam, yüz əgər olsam bəd,Sən kimi zalim, bimürvət, biiman deyiləm

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love