Saqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə

Gəzmə, qurbanın olum, qədrini bilməzlər ilə,Qorxaram hüsnünə nagəh yetə nöqsan, gəzmə

Əzizim, istər isən şöhreyi-şəhr olmayasan,Seyri-bazar edib əğyar ilə meydan gəzmə

El yaman-yaxşı deyir, gəzmə bu kafirlər ilə,Sənə yüz kərrə dedim: gəzmə, müsəlman, gəzmə

Ey Nişat, sən sərkuyində müqim ol yarın,Gəşti-bağ eyləmə, gül-bağ ilə bustan gəzmə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love