Ailə kiçik bir dünyaya oxşar
Həyatı əyləncə sanma sən nahaq,Bu gün yuva qurdun, sabah dağıtma.Qəlbinin sözünə qulaq as, ancaqHər ötəri sözlə sevgini atma.
Sevgi bir ömürdür, günlər naxışıNaxışlar qara da, ağ da olur, bil.Əsl məhəbbətin bilinmir yaşı,O hər qasırğadan dağılan deyil.
Sevdim, indi artıq sevmirəm deyib,O sevgi adına ləkə salma sən.Gözünə aldanıb, üzdən bəyənib,Yəqin ki, ürəkdən heç sevməyibsən.
Sevsəydin, sevgidən yapışıb bərk-bərkQalxardın həyatın naxışlarını.Sən “yaz yağışına yozaydın gərəkÖtəri ər-arvad savaşlarını”...
Fəqət aciz oldun bu döyüşlərdə sən,Bu, həyat döyüşü deyildir, düzü.Vətən də, oba da, el də, bil hökmənİlkin ailədə sınayıb bizi.
Ailə kiçik bir dünyaya oxşar,Əməklə, inamla ucalar o da.Onda qəm də yaşar, sevinc də yaşar,Qayğısız ailə olmur dünyada.
Sevdim, indi artıq sevmirəm deyib,O sevgi adına ləkə salma sən.Gözünə aldanıb, üzdən bəyənib,Yəqin ki, ürəkdən heç sevməyibsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-aile-kicik-bir-dunyaya-oxsar
Use ← → keys to move, R for a random poem