Bu səhər al günəşinQızılı tellərindəDünyaya şeir gəlir.Bu səhər budaqlarınÇiçəkli əllərindəDünyaya şeir gəlir.

Güneydə lalə yanır,Quzeydə qar əriyir.Körpə güllərin ətriYeri, göyü bürüyür.

Dağlardan enən dumanDərələrə yeriyir.Çiçəklər ümmanındaDünyaya şeir gəlir.

Durnalar vida edirHəsrətə, ayrılığa.Həsrətin acısınıYollardan yığa-yığa,Yeddi rəngə girirlərGöydə bir an içində.Durnaların bu ülviQatarında, köçündəDünyaya şeir gəlir.

Sanki təzə diş yarır,Ağaclar ağçiçəkdə,Bir mahnı bağışlayırBizə əsən külək də.Yanır ümid çırağı,Şölə çəkir ürəkdə.Bir gəlinin andında,Arzular qanadındaDünyaya şeir gəlir.

Meh əsdikcə qırılırLal göylərin aynası.Yaz gəlir, şirinləşirKörpələrin röyası.Çəmən ətri, gül ətriHopur laylamıza da.İstəyirəm mən özümXəbər verim yaza da;Hansı yana baxıramKönlüm, gözüm dincəlir,Dünyaya şeir gəlir,Dünyaya şeir gəlir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring