İsmi Pünhan, niyə məndən küsübsən,Yaxşı-yaman ya bir olar, ya iki.Bir gün ölsəm, hamı deyər, yazıqdır,Canı yanan ya bir olar, ya iki.

Sən şöləsən, dörd yanında fanaram,Bülbülünəm, gülşənindən kənaram.Od tutuban hər məclisdə yanaram,Dərdim qanan ya bir olar, ya iki.

Hilal qaşa nə layiqdir o sürmə,Meylin qırıb məndən üzün çevirmə,Cümə deyər, hər yetənə sirr vermə,Dost mehriban ya bir olar, ya iki.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring