Bu qürub çağında mənə toxunma,Qayıt get,Getdiyin yollar tanışdı.Qayıt get, qoy görüm saralmış otlar,Qurumuş çiçəklər nədən danışır.

Bir də bu ümidə umsunma tamam,Get, ayrı əllərdən nəvaziş ara.Bu torpaq üstündə sənə sarılsam,Torpaq da od tutub məni yandırar...

Baş vursam köksünün cüt dalğasına,Dalğalı dənizə mən yad olaram.İsti nəfəsinə uyuyaramsa,İsti ocağımda unudularam!

Üstümdən bu axşam küləyi əsə,Yalan pıçıltılar olmasa, nə qəm.Üzümü üzünə söykəməkdənsə,Bu qara daşlara sürtmək istərəm.

Doğmadı meşədən dalğalanan səs,Quşlar da bir tanış havayla dinir.Sənintək yüz gözəl danışa bilməzBir tənha cığırın qəm tarixini...

Köksümə sıxılıb bir mamırlı daş,Üzümə saçıntək toxunur duman.Dağ çayı dinirsə, sən dinmə, yavaş,Yüz sirrə yol açır danışığından.

Günün batan çağı bir ağlar neyəm,Özümü özümə göstəribdi gün.Torpaqdan bozarmaq öyrənməliyəm,Sinəmdə yad güllər bitirməməkçün...

Göytəpə, 18.X.1980

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring