I. Yetim adlar
Göylərə sancılan minarələrdənGecələr qapqara bayraqlar kimiasılır ruhların səssiz fəryadı.Bu lal harayların intiqamındanxəbərsiz şəhərlər, qorxusuz kəndlərBu yadlıq içində qıvrılıb yatır...
Qıvrılıbqovrulur öz axarındadağların qəzəbli Uçansuları.Qayalar köksünü verib qaytarırDəniz taleyindən qaçan suları.
Uçuq Qızqalası xəlvətə salıbSudağ qalasından atılmaq istər.Yaş tökər daşları boş qalaların –Əriyib bu dərddən qurtulmaq istər...
Adına qısılıb dincələr bir azBurda Qaradağlar, Soyuqbulaqlar,Burda Göytəpələr, Bağçasaraylar,...Kimsəsiz məzarlar üzü göylərəÇöllərdən bir dəstə çiçək haraylar...
Mənə tanış kimi baxdı bu bulaq,Hələ göz yaşları sellənəcəkdir.Ağaclar boynumu qucaqlayacaq –Qəlbi yarpaq-yarpaq tellənəcəkdir.
Saralmış otların ətrindən huşsuzMənəm,ulduzların altında yatan.Torpaq da üzünü sürtür üzümə,Məst olub uyuyur bu doğmalıqdan!
Başımın üstündə ağlar buludlar,Başımın üstündə səssiz fəryadlar...Gecələr yuxuma girib dəstəyləKöməyə çağırır bu yetim adlar.
Mən hansı qayaya sıxım köksümü,Mən hansı işığı yandıracağam?!Darağdaş¹ altında bir cır armudunTitrək barmağında sarı yarpağam...
Ya qara bayrağam elə özüm də,O boş minarədən asılıb qalan,Ruhlartək,qəmini duyan olmayan,Nə soruşa bilən, nə cavab alan...
Krım, Göytəpə, 10.X.1980
¹ Krımda yer adları
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-i-yetim-adlar
Use ← → keys to move, R for a random poem
More by this author
Metroda bir qarı əlində ələk aparırdı...*Ay nənəcan, hardan aldın
Səttar Bəhlulzadə küçəsi haqqında şəhər sovetinə açıq məktubGeniş, rahat, işıqlıfilankəs küçəsindən
Şəhər kənarında...Şəhər kənarında avara itlərMəqsədsiz, mənasız dolaşır elə,
Bu cavan yaşımda...Bu cavan yaşında stol dalında,Qoymayım, kişilər qocala bilər.
Poems by other poets
Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
DanışAşıq Pəri**Şairi-sənsən zəmanə, mərdi-meydandan danış,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,