Şəhər kənarında avara itlərMəqsədsiz, mənasız dolaşır elə,Bir sümük üstündə.sümük üstündəKüsüşür, barışır, dalaşır elə...

Şəhər kənarında avara itlərDəstə-dəstə, sürü-sürü...Boşluğa ulaşır, kölgəyə hürür.

Şəhər kənarında hələ nə qədər,Bir yazıçı demiş: “güllü dərələr”...“Güllü dərələrdə dilsiz-ağızsız,

Bir ağac altına, bir daş dibinə,Bir ümid qoynuna “propiskasız”Avara itlər...

Zavod həyətində, mədən içində,Özləri görməyən, görüb duymayan,Bitib-tükənməyən dərdin içindəQəzəbi – xatirə, hücumu – yalan,Əslindən səsləri nişanə qalanQayğısız məxluqlar, bomboz sifətlərAvara itlər...Hərəsi bir evə keşik çəkərdi,Hirsləri həyətdə zəncirlənərdi...Gəmirə-gəmirə öz hirslərini,Hasar çəkərdilər – qorxu adındaQorxunun özünə çevrilərdilər!Ömrü bir otağa, bir evə bağlı,Dostluğun rəmzinə çevrilərdilər!..Ya da bir çobanın sağ əli kimi,Sədaqət, etibar heykəli kimi,Oba qırağında, sürü içindəBir sıyırma qılınc, bir polad xəncər,Bir iti ox kimi ömr edərdilər...

Şəhər kənarında avara itlər...Gözlərinin odu qalmayıb daha,Özlərinin adı qalmayıb daha...Hansı nəsildəndi, hansı qandandı,Cinsi hansındanlı, yaşı neçədi –Min çeşmənin suyu qarışıb gedər...Təkcə it kəlməsi qalsa da, ammaNeçə it nəslinin öz adı itər...

1.VIII.1979

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets