Bu cavan yaşımda...
Bu cavan yaşında stol dalında,Qoymayım, kişilər qocala bilər.Əkin tanımayan, biçin görməyənQollar işsizlikdən qıc ola bilər.Üzdə ad-sanları boy atanlarınİçləri çürüyüb puç ola bilər...
Sərgi mənzilləri genişlənsə də,Orda ürəklərin kiçilməsi var.İndi sevgilərin, əqidələrinStollar boyuna biçilməsi var.
Yorğa maşınları havalansa da,Ayağı düz yolda titrəyən, əsən,Büllur çıraqları par-par yansa da.Ağıl çıraqları keçdi, görərsən.
İclas salonunun sıralarındanNə tufan görünər, nə yağış, nə qar.Evlər-idarələr aralarındaBir ömrün mənasız təkrarı başlar.Katibə dəmləyən çayın dadı da,Bircə kabinetlik istedadı da,Təkrardı... gülüşü, salamları da,Yad dilin qəribə qarışığındanBəzənmiş ədalı kəlamları da...Bu cavan yaşında stol dalındaYaxşıyla yamanı ayırmaq çətin.Yaxşını pislərin məngənəsindənXəncər tiyəsitək sıyırmaq çətin,Qoruyub vəzifə rəsmiyyətindənÖz ata adını saxlamaq çətin...Rüşvət sınağında, alver odundaZərif qanadını yoxlamaq çətin...
...Bu cavan yaşımda, stol dalındaÜstümdə ətalət pəncəsi yaşar,Fikrimdə bir qədim cəng səsi yaşar.Gündoğan, günbatan arasındakıYolları otlanmış, ilxısı ötmüş,Arxları qurumuş, zəmisi yanmışBabamın bir nağıl ölkəsi yaşar.
Bu cavan yaşımda, stol dalındaGüclü yumruqlarım boşalmaya kaş.Bu cavan yaşımda, stol dalındaOtura-otura daş olmayam kaş!..
12.VIII.1979
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bu-cavan-yasimda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd