Səhər günəbaxan zəmisi şehli,Körpə günəşlərdi odsuz yananlar.Bir boya düzülən əsgərlər kimiÜzü üfüqədi günəbaxanlar.

Bütöv bir zəminin üzü günəşə,Ovcunda minlərlə balaca çıraqYaşıl bir dünyanın üzü günəşə!Bir çölün, bir düzün, bir sonsuzluğunHəyatın, zamanın üzü günəşə!

Susdum torağayın səhər himninə,Çöllərə işıqla nəğmə yağırdı.Kiçikli, böyüklü bir ölkə kimiZəmilər boy çəkib günə baxırdı.

Hamının ovcuna səadət payıEyni bölgü ilə yağsa nə olar?!Millət də bir haya qalxıb yuxudanEyni bir məsləkə baxsa nə olar.

Di gəl təbiəti anlama burda,Onun dərslərinin son məqsədi bir!Adi günəbaxan zəmisi bizəQovuşmaq öyrədir, birlik öyrədir!

Qardaş duyğusuyla çiyin-çiyinəZülmətdə içinə çəkilən xalqınGünəşə açılıb günəbaxantəkBir anda, bir haya dikələn xalqın.

Şairi olmaqdı ən gözəl peşə...Bəlkə buna görə hər səhər erkənGündoğana baxıb yol gözləmişəm!..

Albena, 1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets