Əziz vətənim,sevdalı diyar,Ana qoynundaoldum bəxtiyar.Mingəçevirimnurlu çələngdir.Doğma Bakımızşərqdə nəhəngdir.Kürüm-Arazımqoşa çayımdır,Azərbaycanımgünüm-ayımdır.Muğandan keçib,Mili dolaşdım,Şirvan boyuncaeli dolaşdım.Mənə Naxçıvan –buyur, gəl – dedi,Gözəl Qarabağşərqilər dedi.Kürüm – Arazımqoşa çayımdır,Azərbaycanımgünüm-ayımdır.Şəki yollarıdolaybadolay,Quba bağlarıyurdumuza pay.Gəl, yaylaq gözəl,gəl, aran gözəl,Astara qəşəng,Lənkəran gözəl.Kürüm-ArazımQoşa çayımdır,Azərbaycanımgünüm-ayımdır.Xəzərə bax birgümüş aynadır,Sumqayıt yenəpolad qaynadır.Paytaxtım mənim,ay baxtım mənim,Sən nə gözəlsəndoğma vətənim.Kürüm-Arazımqoşa çayımdır,Azərbaycanımgünüm-ayımdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland