Bir kəkilli quşam mən,Xoşlanar şən nəğməmdənBağda açan qızılgül,Tarlada telli sünbül.Yovşanlıqda gəzərəm,Yol boyunca süzərəm.Yerə qısılan zamanSeçilmərəm boz otdan.Seyr edərəm təpəni,Güllər çağırar məni,Mənsə ora getmərəm,Yad yerə meyl etmərəm.Mənim də el-obam var:Çəpər altda yuvam var,Yarğan üstüdür yerim,Yurdunu tərk edər kim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring