Vətənim var
Bakı – şəhərim mənim,Xəzər – bulağım mənim.Dağlar – hünərim mənim,Günəş bayrağım mənim,Dünyada nə qəmim var.
Yaşaram arzularda,Bu nazəndə baharda.Nə çovğunda, nə qardaQərq olmaram sularda,Nəğmədən yelkənim var.
Yer üzündə biz gərəkÖmr edib, dövran sürək.Hələ cavandır ürək...Azərbaycan eli təkƏbədi gülşənim var.
Doğma Azərbaycanım,Sənsən mənim həyanım.Al şəfəqə boyanımKeşiyində dayanım,Dayanım, Vətənim var!
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-vetenim-var
Use ← → keys to move, R for a random poem
More by this author
Yada düşdü ülkər gözlüm,Könlüm quşu ucar oldu.
O, adi bir qız deyil...Paytaxtıma baxıram,İşıqdan göz qamaşır.
Yetkinlik yaşına çatanda qızlarAtanın olsa da min dərdi-səri,Qüssəni bir ana, bir də qız yeyir.
“Qız bənövşə”Gözəl Quba, “Qız bənövşə” axanda,Niyə belə parıldayır yaxanda?
Poems by other poets · Homeland
Müxənnətə can deyəninDili düşsün, dili düşsün.
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
GözəlGözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!