Könlümün tərlanı qalxmış çövlana,Çıxmışam qoynunda yenə seyrana,Eşqin cansızı da gətirir canaSevda beşiyində bəslədin məni,Ey odlar vətəni, odlar vətəni!..

Əsir xəfif-xəfif səhər mehləri,Atır rübəndini qızıl dan yeri.Sən yar gülşənisən, mən eşq şairiŞirin laylalarla gəl, oxşa məni,Ey odlar vətəni, odlar vətəni!..

Tərlan səhərlərdə doğulmuşam mən,Nəcib məhəbbətdən yoğrulmuşam mən,Cilvəli tovuzam, azad quşam mən,Uçurt, ərşə qaldır şahintək məni,Ey odlar vətəni, odlar vətəni!..

Vurğunu olmuşam səmimiyyətin,Zərif rübabıyam pak ülviyyətin,Sən ey qadir ana, bu xoş niyyətinQurub-yaratmağa çağırır məni,Ey odlar vətəni, odlar vətəni!..

Çəkdim keşiyini fırtınalarda,Fəlakət önündə, ölümdə, darda,Döndüm pak qoynuna bir ilk bahardaEşit, candan artıq sevirəm səni,Ey odlar vətəni, odlar vətəni!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love