Bilməm, məni neçin atmış, unutmuş,Cövrü-cəfasına qurban olduğum.Yoxsa özgəsinə üzünü tutmuş,Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən;Dedilər, barışmaz, küsmüşdür səndən.Mən iltifat etdim, o qaçdı məndən,Qaçqın ədasına qurban olduğum.

O mənim sevgilim, o mənim anam.Onsuz üzüm gülməz, açılmaz aynam.Bilməm, harda qaldı o nazlı durnam,O xoş sədasına qurban olduğum.

Ayrılıq oduna könül dayanmaz.Eşq oduna yanan bir daha yanmaz.Çəkdiyim nalədən neçin oyanmaz,Şirin röyasına qurban olduğum?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love