Səhər
Baxıb sübhün gül üzünə,Durub çıxdım mil düzünə.Gördüm çöllər nemətlidir.– Var ol! – dedim şən Vətənə.Yurdum dedi: – Bu təntənəÖvladımın qüdrətidir.
Günəş zərli çələng hördü.Şair könlüm onu gördü,Qalxdı bir söz desin ona,Günəş bu vaxt gülə-güləCavab verdi şadlıq ilə:– Bu töhfəmdir el oğluna!..
Gəzdim vətən gülzarını,Öpüb gülün rüxsarını,Dedim: – Sənə vurulmuşam.Gül dedi ki: – Şair oğlan,Sənə bu şeh damlasındanBir piyalə doldurmuşam!..
Hara baxdım, əmək coşdu,Fərəhlənib ürək coşdu.Dedim: – Alqış el adına!Gümüş donlu, gen tarlalarDedi: – Ölməz eşqimiz var,Azərbaycan övladına!..
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-seher
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Sağ dəstində qızıl şanə sevdiyimDarar, zülfün tökər bu dala, bax, bax!
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
BaharƏs, ey ətirli dan yeli,Könül açan bahar gəlir.
Ağ gül, qırmızı gül, illah sarı gülYarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.