O körpə əlləri mənim gör nəyim, –İstidə yelpiyim, qışda köynəyim...Bir “ata” kəlməsi olar köməyimAğrılar içimdən didəndə məni...

Başımda ildırım çaxsa – baxmaram,İllərim sel olub axsa baxmaram,Zamana baxmaram, vaxta baxmaramQoruyar bu ruhda, bədəndə məni.

Nəğməsi – min səslə çağrışan neylər,Xəyalı ulduzlar alışan göylər,Mənə bu qürbətin gecəsi neylər?Gündüzüm gözləyir Vətəndə məni!..

17.X.1979

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets