Təklik
Çiçəklərin gözündə quruyur son damla yaş,Buludlar göy üzünü qaraldır yavaş-yavaş,Günün şüalarını qayçılayır bir ucdanTamamlanmış xalının ərişini kəsəntək,Duman daşan süd kimi doldurur dərələriGözlərimi pambıqla örtməyə tələsəntək.
Min ilin xatirəsi daşa hopur an kimi,Yalqızlıq örtür məni qranit yorğan kimi.
Nə ocaq, nə işartı, nə bir insan həniri,Zaman oğru siçantək ürəyimi gəmirirDemək bu yaşamaqdı, – üzgün, ayrı, kimsəsiz,Sinən bir boşalan yurd, qurumuş, ölü dəniz,Saçından asılantək qırx qapı arxasında,Ərisin cavanlığın zəncirlərin pasında,Min qaya arasında mamırlanmış daş kimi,İnsan ikən torpağa, ağaca yoldaş kimi.Nə gecələr sübhədək məni əzən günahım,Nə Allah ümidinə, birtəhər yaşamağım,Nə döyüşkən cəsarət, nə unutqan sərxoşluq,Nə sevinc, nə təəssüf... Fəqət acı bir boşluq...Kaş düşmən kəsiləydim, qovrulaydım nifrətdən,Bir əsər qalmayaydı içimdə mərhəmətdən!Nə nifrət var, nə sevgi,Nə görüş, nə ayrılıq,Bir ovuc su içində barmaq boyda bir balıq!
İlahi, mən hardayam, hayana atdın məni,Niyə yerin üstündə, yersiz yaratdın məni,Marsın quru səhrası, ya Ay daşı olardım,Bəlkə özgə planet burdan yaxşı olardı!Canamsa ruhumu ver, quşamsa qanadımı,Yoxsa kiməm, nəçiyəm, handan bulum adımı?Nə keçmiş, nə gələcək, ömür keçdi an kimi,Səssizlik örtür məni, qranit yorğan kimi!
9.IX.1999
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-teklik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könlümdə tufan olar,Könlüm boşalar, dolar,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən