Könlümdə tufan olar,Könlüm boşalar, dolar,Gözüm yollarda qalarTəbrizi görməyincə.

Sazdan, neydən betərəm,Nə susar, nə yataram.Dərdli-dərdli ötərəmTəbrizi görməyincə.

Bilin, ey əzizlərim,Yuxu görməz gözlərim.Alov saçar sözlərimTəbrizi görməyincə.

Sınasınlar kaş məni,Bu torpaq doğmuş məni.Yormaz yol, yoxuş məniTəbrizi görməyincə.

El dərdinə qalanam,Hər gün oda qalannam.Vüsal deyib dolannamTəbrizi görməyincə.

Sözlə doludur sinəm,Şam deyiləm mən sönəm.Bir dərdli quşa dönəmTəbrizi görməyincə.

Qırılmazdır qanadım,Məni yaşadar andım.Belə keçər həyatımTəbrizi görməyincə.

Hələlik gəlmirəm mən,Kamımca gülmürəm mən.Ölmərəm, ölmərəm mənTəbrizi görməyincə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland