Yamanca tələsir günlərim mənim,Mənsə yoxuşları çətin qalxıram.Ey tale yelkənim, ümid yelkənim,Yenə də səninçin mən darıxıram.

Gec-tez yoxuşları qalxaram yəqin,Yenə də çıxaram sınaqlardan mən.Fəqət, səni görmək çətindir, çətin,Günlər yarpaq-yarpaq düşür ömürdən.

Günlər aman vermir, günlərə nə var,Sənsiz qar ələdi zaman başıma.Səndən bu həsrətin yaşın sorsalarTorpağı danışdır, özün danışma.

Qoy torpaq danışsın, sakit dəryanınCoşub, daşmağı da çox yaman olur.Vətəndən aralı qalan insanınÜrəyi həmişə nigaran olur.

Dərdliyəm, dönmüşəm bir sarı simə,Vətənə həsrətəm, sənə həsrətəm.Çarə gəzsələr də bu həsrətiməMən yenə həsrətəm, yenə həsrətəm...

Gec-tez açılacaq müşküllər bir-bir,Heyif ki, tələsir bu ömür dünyam.Dövrəmdə payızın yelləri əsir,Mən isə baharın sorağındayam...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation