Baş daşı
Yaxınlar yaxından yanıb yaxılır,Fikrimi dünyanın o başı çəkir.Açıq pəncərədən çağırır güllərMənisə sığalsız çay daşı çəkir.
Bir üzü canavar, bir üzü qoyunAyıra bilmədim yasıynan toyunVətəni ayağa saldı bu oyunRuhumu bir meydan savaşı çəkir.
Fikrimi çayır tək bürüyən nə çox,Kölgətək arxımca yürüyən nə çoxSevinci süd kimi çürüyən nə çoxMəni yetimlərin göz yaşı çəkir.
O qədər qansızın qanadı var ki,O qədər könlümü qanatdılar ki,O qədər başıma daş atdılar ki,İndi də başımı baş daşı çəkir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bas-dasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Apardı cânı ger gönül apara sehl olaApardı cânı ger gönül apara sehl olaBin cân u bin gönül dağı ol yâra sehl ola
İndiMüxənnət zamana, beymürvətə fələk.Qoymadı mətləbim, bir aləm indi,
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,