Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdüm
Başdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Hər bəzmə ki basdım ayaq, əftadəlik etdim,Peymanə kimi dəstinə əldən ələ düşdüm
Xali-siyəh etmiş məni avarə vətəndən,Bir dənə üçün quş kimi eldən elə düşdüm
Qüdsilər ilə aləmi-əqdəsdə gəzərkən,Yarəb, neyləmişdim ki bu abü gilə düşdüm
Hər su özümü şövqilə kim mövc tək atdım,Bi gövhəri-məqsud gənə sahilə düşdüm
Qürbətdə, rahi-səydə, əsbabi-həsrətlə,Asudəliyim olmadı, hər mənzilə düşdüm
Gər misli-hübab özgə həva başıma düşdü,Bir dəmdə evim tikdim, yıxdım, yola düşdüm
Yüz görmədim əzbəskə Nişat əhli-vətəndən,Bu vəchlədir, baş alıbən, yad ilə düşdüm
Kitabxana.az · https://kitabxana.az/en/works/nisat-sirvani-qezel-basdan-ki-xeyali-kecrev-kakile-dusdum
Use ← → keys to move, R for a random poem
More by this author
Gülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədimHər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Məsnəvi: Ey cəfapişə ki ayini-vəfa bilməzsənEy cəfapişə ki ayini-vəfa bilməzsən,Rahi-birahə gedib qeyri cəfa bilməzsən