Gül eyvana çıxan dilbər,Qoy yel vursun, tel oynasın.Yanağında bir cüt qoşaAçmış qızılgül oynasın.

Atlas geymisən bədənə,Parlaq almaz, dümağ sinə.Cavanlar həsrətdi sənə,Süzdür incə bel oynasın.

Aşiqinəm, bir nəzər sal,Şölə salsın o, ay camal.Məmmədhüseynə gəl qonaq qal,Sənlə bütün il oynasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love