Müjganı ox, qaşı kaman,Belə incə bel olarmı?Yupyumuru şəkər dahan,Belə şirin dil olarmı?

Tələ qurdu düşdüm tora,Peykanından aldım yara.Geyinibdi ipək-xara,Belə novrəs gül olarmı?

Məmmədhüseynin vəfadarı,Xoş nəfəsli bir baharı.Sənin kimi gözəl yarı,Heç sevməyən el olarmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring