Hal-əhvalın ay nazənin,Vallah bahar, yaz üstədi.Dilimdən düşməz tərifin,Əksin telli saz üstədi.

Dava-şavanı duymuşam,Mən də felinə uymuşam.Bilmə ki, səndən doymuşam,Himim bircə söz üstədi.

Bəndəm bircə oxşayışa,Bülənd edim min alqışa.Məmmədhüseynlə gəz qoşa,Könlüm xoş avaz üstədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets