Anlamazı, nadürüstü, nadanı,Dəyişəsən bir qoyuna başabaş.Mərifət gözləsə, anlağın bilsə,Kim qurban eyləməz belə başa-baş.

Yaltaq üzə gülər, çapar arxada,Üz bir olar, nə ki, çapar arxada.Olma nanəcibə çapar, arxa da,Budur nəsihətim sənə, baş, a baş.

Məmmədhüseyn, uyma yaxşı-yamana,Qoyma saxta dostlar sənə yamana.Al bir gözəl, göz dağıdır yamana,Ömür eylə onla müdam, başabaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice