A dağlar
Çiçəkli qoynunda bir bağça tikdim,Suvara-suvara göz yaşı tökdüm,Gecə-gündüz əməyini mən çəkdim,Yoldu meyvəsini yellər, a dağlar!..
Nədən küskün yaxandakı bülbüllər,Harda mana layla çalan o dillər?..Mən səslənsəm: ellər, ellər, ay ellər,Əksi-səda gəlir: “ellər...”, a dağlar!..
Söylə, nədən səs verməyir Xəzərim,Mən ki, onun hər dərdini yazarım,Sürgün olub uğrunda həp gəzərim,Qismətim bu uzun yollar, a dağlar...
Söylə nədən dəli Kürüm çağlamaz,İçdən coşub öz gününə ağlamaz,Göy Muğanım nədən yaşıl bağlamaz,Dərdlimidir o Göy göllər, a dağlar?..
Söylə, Şahdağlarım nədən yaslıdır?Köksündəki qılınc, qalxan paslıdır?Şairlərin nədən həzin səslidir,Qərib sazda qırıq tellər, a dağlar?..
A dağlar, a dağlar, söylə, a dağlar,Olurmu aşnalıq böylə, a dağlar?..Yaman günüm yaxşı eylə, a dağlar,Sana qurban bu könüllər, a dağlar...
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-a-daglar
Use ← → keys to move, R for a random poem
More by this author
Mən torpağı atəşlə yoğrulan bir diyarınDoğdum yad çəkmələrlə çeynənən yaxasında.
Qürbət məktublarıOradakı Həmşirəmə*Çoxdan oldu almadım,
"Qızıl kölələr" dünyasınaHürr insanlıq hayqırdı: Qəhr olsun zülm, qorxu, kin.Verdi milyonlar qurban… Bəs yenə bu qorxu nə?
Ləzgi ellərindəGülşən üçün*Mən ömrümdə görməmişdim ləzgilərin elini,
Poems by other poets · Nature and spring
Ey gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Buludlar nə yaman gözəl olurmuşKomamız meşənin qalın yerində,Dağda salamlardı hər günü babam.
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!