Bəhanədi bu
Dedim: Dilbər, getmə, bir də danışaq,Dedi: Sözüm yoxdu, bəhanədi bu!Dedim: Bir nəzər qıl aşıq halmaDedi: Əcəb dəli-divanədi bu!
Dedim: Ey vay, halım yaman olubdu,Dedi: Qəmdən belin kaman olubdu,Dedim: Vallah, sinəm meydan olubdu,Dedi: Mən bilmənəm, xəzanədi bu!
Dedim: Qoy gözümə qıvrım tellərin,Dedi: Lazım deyil, vəhşi güllərin,Dedim: Sən bizimsən, biz də ellərin,Dedi: Aldanmaym, biganədi bu!
Dedim: Sənə aşiq olan can budu,Dedi: Sənin eşqin axar bu sudu,Dedim: Cavan ömrüm çürüyüb budu,Dedi: Əbəs sözdü, əfsanədi bu!
Dedim: Qurbaniyəm yarın adma,Dedi: Elə sənsən düşən yadına,Dedim: Mən ha yandım eşqin oduna,Dedi: Şama yanan pərvanədi bu!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-behanedi-bu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Səhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Şu kafər çeşmi gördüm İstefadəŞu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,