Bənövşəni
Başına döndüyüm ay qəşəng pəri,Adətdi, dərərlər yaz bənövşəni.Ağ nazik əlinlə dər, dəstə bağla,Tər buxaq altında düz bənövşəni.
Tanrı səni xoş camala yetirmiş,Səni görən aşiq ağlın itirmiş,Mələklərmi dərmiş, göydən gətirmiş?Heyif ki, dəriblər az bənövşəni.
Başına döndüyüm, bağa gəl, bağa,O gözəl hüsnündən bağa nur yağa.Dəstə-dəstə dərib taxar buxağa,Bənövşə qız iylər, qız bənövşəni.
Səhər olcaq şeyda bülbül oxuşdu,Hökm olundu, süleymanlar yerişdi,Sərt qış gəldi, gülün vaxtı sovuşdu,Daha iyləmirik biz bənövşəni.
Qurbani der: Könlüm bundan sayrıdı,Nə etmişəm yarım məndən ayrıdı?!Ayrılıqmı çəkib boynu əyridi?!Heç yerdə görmədim düz bənövşəni.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-benovseni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Come, cup-bearer! that dust like the Zulmat (the place of passing away)Seek; and bring to the hand the water of life (the wine of senselessness).
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
Üzü o yanaDüzlər keçdim, dağlar aşdım,Gün altında yana-yana.