Dedim, Pərim, yandım eşqin oduna,Demədim, atəşdən yar ala məni.Dedim, şəfa üçün loğmana gəldim,Demədim, oxlayıb yarala məni.

Dedim, niyə tərsə döndü baxdı yar?Demədim, çölləri gəzə, bax diyar.Dedim, aşiqinə ola baxdiyar,Demədim ha sata yar ala məni.

Dedim, Qurbaniyəm, bir gül istədim,Demədim, buluddan bir gül istədim.Dedim, əllərindən bir gül istədim,Demədim, çatdırsın yar ala məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love