Əlif qəddin, bey qamətin, sey saçın,Necə bənzər hərf içində bir dala!Hər muyuva min gövhərdi tay saçın,Qəvvas olan yek dəryada bir dala!

Qəvvas olan dəryalara dalıbdı,Sərraf ləli qiymətində alıbdı.Çün bülbülü ara yerdə görübdü,Zağı görüb, dolanıbdı bir dala.

Süsənmisən, sünbülmüsən, yara, sən!Tiği alıb bağrım başın yarasan.Qurbani der: Canı verdin yara sən,Haçaq olur, biz də verək bir dala!?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring