IV deyişməD ə d ə Y e d i y a rRəf-rəf ilə yeddi bürcdən keçərəm,O necə dəryadı – abi-zəmhəri?Xitab olub ərşi, kürşü yerişə,Neçə şeydi bu dünyanın gövhəri?

Q u r b a n iRəf-rəf ilə yeddi bürcdən keçərəm,O, elm dəryasıdı – abi-zəmhəri.Xitab olub ərşi, kürşü yerişə,Dörd kitabdı bu dünyanın gövhəri.

D ə d ə Y e d i y a rO nədir ki, heç bulunmaz çarası?O nədir ki, heç sağalmaz yarası?O kim idi, uzaq düşdü arası,Torpağa qarışdı müşkü ənbəri?

Q u r b a n iO – ölümdür, heç bulunmaz çarası,O – pis dildir, heç sağalmaz yarası,Şəddad idi, uzaq düşdü arası,Torpağa qarışdı müşkü ənbəri.

D ə d ə Y e d i y a rO kim idi, oxur dürrü kəlamı,O kim idi, kimdən gətdi salamı?O kim idi, əvvəl çaldı qələmi?O kim idi, bu dünyanın ləngəri?

Q u r b a n iCənab əmir oxur dürrü kəlamı,Cəbrayıldı, haqdan gətdi salamı,Vəssəlamin əvvəl çaldı qələmi,Məhəmməddi bu dünyanın ləngəri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets