I deyişməD ə d ə Y e d i y a rMəndən salam olsun cavan aşığa,Əzəl-əzəl hansı şəhər salındı?De kimə can gəldi, qələm çalındı,Neçə min il dünya ləmyesir qaldı?

Q u r b a n iAl cavabın verim, Dədə Yediyar!Əzəl-əzəl Kufə şəhri salındı.Adəmə can gəldi, qələm çalındı,Yetmiş min il dünya ləmyesir qaldı.

D ə d ə Y e d i y a rNədən hasil olub Düldülün səngi?Nəyə bənzər idi onun irəngi?Cənabi əmirin əzəlki cəngi,Əzəl zülfüqarın o kimə çaldı?

Q u r b a n iDaşdan hasil olub Düldülün səngi,Göy mahuda bənzər onun irəngi.Cənabi əmirin əzəlki cəngi –Əzəl zülfüqarın Əntərə çaldı.

D ə d ə Y e d i y a rNədən hasil oldu İsrafil suru?Kim camal göstərdi, yandırdı Turu?Hansı peyğəmbərdi alnında nuru,Onu kim görcəyin müsəlman oldu?

Q u r b a n iNurdan hasil oldu İsrafil suru,Haq camal göstərdi, yandırdı Turu.Məhəmməd peyğəmbər – alnında nuru,Xədicə görcəyin müsəlman oldu.

D ə d ə Y e d i y a rO kim idi, durdu kimin qəsdində?O kim idi, badə tutdu dəstində?O kim idi, bir kəlmənin üstündəKimin bığlarını harada yoldu?

Q u r b a n iƏzrayıldı, şirin canın qəsdində,Mələklərdi, badə tutdu dəstində.Cənab əmir bir kəlmənin üstündəMüaviyənin bığın Diməşqdə yoldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets