Bümürvətin, biinsafın balası,Mən səni sevmişəm sağ ürəyimdə.Qıya baxdm, ortalığa qan tökdün,Qara nöqtə qoydun ağ ürəyimdə.

Məhəbbət bir dərya keçə bilmirəm,Ayrılıq şərbətin içə bilmirəm,Sirr sözüm yadlara aça bilmirəm,Gedər qiyamətə dağ ürəyimdə.

Qurbani çıxmayıb qəm libasından,Göz doymaz gözlərin təmənnasmdan,Cəhənnəm xofundan, eşq havasmdan,Əridi, qalmadı yağ ürəyimdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets