Pəri ilə deyişmə
P ə r iDərdin alım, əsmər oğlan,Dur gəl qoynuma, qoynuma!Yazıq canım sana qurban,Dur gəl qoynuma, qoynuma!
Q u r b a n iAla gözlü nazlı Pəri!Yox, Pərim, gələ bilmərəm.Sənə qurban canü sərim,Yox, Pərim, gələ bilmərəm!
P ə r iOtağına qədəm basdıq,Qəsdim budu qatam dosduq.Salım döşək, qoyum yasdıq,Dur gəl qoynuma, qoynuma!
Q u r b a n iNigar pəncərədən baxar,Üzüyün barmağa taxar,Məkr eylər, evimiz yıxar,Yox, Pərim, gələ bilmərəm!
P ə r iMən Pəriyəm, boyum bəstə,Zülfüm dal gərdəndə dəstə.Yerin sallam sinəm üstə,Dur gəl qoynuma, qoynuma!
Q u r b a n iÖzüm gördüm ərənləri,Mənə badə verənləri.Qurbaninin nadan yarı,Yox, Pərim, gələ bilmərəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-peri-ile-deyisme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yoldaşlarım bu gün dava günüdür,Hazırlaşın mövlam sizə yar olsun
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,