Ay əsər indi
Səhər-səhər bir gözələ uğradım,Ondan dəydi mənə ay əsər indi.Ağlım zail oldu, halım digərgün,Nə ki var əndamım ay əsər indi.
Bahar olcaq dağlar ay lalələndi!Bulud zülf üzünə ayələləndi,Biznən mey içənlər ayələləndi,Tökülüb sədrüvə ayə, sərindi.
Örtübdü başına şal qəza işin,Qoymuyun dannıya el qəza işin.Qurbani der: Get-gör ol qəza işin,Tərlan avın almış, ayə, sar indi?
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-ay-eser-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Açıq məktub
Əziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
OlaydıA gül şaxı, yaşıl yarpaq açmısan,Nə xoş olur, qönçələrin olaydı.
El yaraşığıBütün günü kimdən soraq eylədim,Dedilər yaranıb el yaraşığı.