Q u r b a n iKönül qalxdı Bərdə sarı yeridi,Orda bir ölkə var, adı Gəncə hey!..Gözəlləri, məhbubları, xubları,Xub batıblar mala, mülkə, gəncə hey!..

M i r z a l ı x a nBaşına döndüyüm gülüzlü oğul,Dərd çəkməyə heç kim olmaz məncə hey!Gözəl sevib, abdal olub çaşıbsan,Tayın yoxdu soltanca hey, xanca hey!

Q u r b a n iQarıncalar yuvasını qayırdı,Gözəl kəklik balaların doyurdu,Fələk vurdu gözü yaşlı ayırdı,Aram düşüb nazlı yardan gencə1 hey!

M i r z a l ı x a nYatmaq üçün gözlərinin xabı var,Dərd çəkməyə mən yazığın tabı var,Hər adamın tayı-tuşu, babı var,Tutmaq olmaz hər yetənlə pəncə hey!

Q u r b a n iQurbani der: Vüsalına ermədim,Əl uzadıb qönçə gülün dərmədim,İran gəzdim, Turan gəzdim, görmədim,Gözəllikdə, məhbubluqda onca hey!

M i r z a l ı x a nMirzalıyam, əldən getdi varımız,Kimlər çəkər namus ilə arımız?Çünki olduq xeyrə, şərə yarı biz,Gəlsən bölək borcu sənnən təncə hey!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets