Aləmi-röyada yarımı gördüm,Göründü gözümə haralar mənim!Qara bağrım şan-şan oldu, dəlindi,Baş verdi sinəmdə yaralar mənim!

Şeyda olub gülşənimdə ötmədi,Canan gəlib göz önündən getmədi.Ha aradım, əlim yara yetmədi,Günbəgün irəngin saralar mənim!

Əvvəl başdan belə yazılıb yazı,Kimlər gedər, dünya, səndən irazı!..Şahım şəfaətçi, haqq özü qazı,Qurbaniyəm, işim aralar mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets