Şirvanlı Dostu ilə II deyişmə
II deyişməŞ i r v a n l ı D o s t uO nədir ki, alçaqlardan axayır?O nədir ki, yerdən göyə baxayır?O nədir ki, nərdivana qalxayır?O nədir ki, nərdivandan enər, hey!..
Q u r b a n iO – sudur ki, alçaqlardan axayır,O – insandır, yerdən göyə baxayır.Cavanlıqdır, nərdivana qalxayır,Qocalıqdır, nərdivandan enər, hey!..
Ş i r v a n l ı D o s t uO nədir ki, gecə, gecə çox olur?O nədir ki, gün dəyməmiş yox olur?O nədir ki, əl dəyəndə ox olur?O nədir ki, əl dəyməmiş dolar, hey!..
Q u r b a n iO – uruhdu, gecə, gecə çox olur,O – ulduzdu, gün dəyməmiş yox olur,O – kiprikdir, əl dəyəndə ox olur,O – gözdür ki, əl dəyməmiş dolar, hey!..
Ş i r v a n l ı D o s t uDostu deyər: Kimdir dəstində badə?O kimdir ki, boyun əyməz Quranə?O kim idi, ömrünü verdi badə?O kim idi, harda töylə bular, hey?
Q u r b a n iQurbani der: Əli dəstində badə,O – şeytandı, boyun əyməz Quranə,O – insandır, ömrünü verdi badə,Əzrayıldı, ərşdə töylə bular, hey!..
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-sirvanli-dostu-ile-ii-deyisme
Use ← → keys to move, R for a random poem
More by this author
O kimdi ki, dünyaya gəlməmişdən,Onların şəkili vardı behiştdə?
Aine mastCəng ba xud, sülh ba düşmən təriqe dine mast,Kafərü mömin həme yekrəng dər aine mast.
AçılmışPərimin bağmda seyran eylədim,Sanasan bağçada güllər açılmış.
Almağa gəlmişəmEllər köçdü yaylasına, dayandı,Sizin dağdan qar almağa gəlmişəm.