Maşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandırSəhni-çəmən gülşən ü RizvandırNatiq ü samit hamı xəndandırƏql baxıb valeh ü heyrandırƏndəlibin könlü dolu qandırGül bəzənib gülşənə mehmandırƏbr ü hava çeşmeyi-heyvandırSəbzələrə lütf ilə ehsandırBəzmi-çəmən cümlə çirağandırŞükufələr tamam əlvandırMüxtəsəri, bahar sultandır

Qəzayi-hər gah əzəldən çıxıbHüsni-çəmən şəqqəti-cildən çıxıbSəthi-zəmin cəngi-cümaddan çıxıbBərdi-şita gül məhəldən çıxıbBix çiçək çəngi-əcəldən çıxıbMüşkə dönüb xak əməldən çıxıbNəhs gedib cirmi-zühəldən çıxıbSəbzələnib bağ xəzəldən çıxıbHava müsəffalanıb əldən çıxıbQürsi-qəmər nəqs ü xələldən çıxıbMehri-dərəxşan həməldən çıxıbMaşallah fəsli-gülüstandır

Əbr hava qətrə-qətrə çün pələngBad çəkər nə'rə, qərivü nəhəngRə'd ilə bir qəng səsi top ü tüfəngRizişi-baran misali-xədəngSəbzələrə tökdü lö'löyi-həngBənövşələr əvvəl gələr pişi-cəngQafileyi-baharə yəni pişəngSonra çiçək dəstə-dəstə şux ü şəngAçılmağa qönçə olur könlü təngDağlar olur ətləsi-səbzi-fərəngGöyün üzü ulduzdan rəngbərəngRuyi-zəmin lalə və reyhandır

Mətləi-xurşid çün eylər ziyaMəşriqdən tülu' edər gün səbaFəcri-səhər tələti-taqi-təlaZənbəq təki lətif ü xoştər havaŞurə gələr, cünbüş edər hər sədaQuşlar oxur nəğməyi-şəmsüs-səbaNəsim olur mərvəhəzən, gülgüşaNərgis açar gözlərini xoş təmaFəsli-baharın əsəri tutiyaRuha yetər nəşeyi-feyz ü ətaŞükr sənin bir lütfünə, ey XudaSəhni-çəmən gülşən ü Rizvandır

Yeddi kövkəb, bürci-isnaəşərBeş həvas ü altı cəhət ey pəsər

Sabit-səyyarələ şəms ü qəmərDörd ənasir, üç mövalid müxtəsərDoqquz fələk, yeddi zəmin mahəzərƏrş, qələm, ləvhi-qəza vü qədərÜlvi, süfli vü çe nəcm, şəcərKövn ü məkan, rətb ü yabis, bəhrü bərMa xələqallahu sivas-səqərBu mövsümdə səfalanıb sərbəsərHər biri öz aləmində cilvəgərNatiq ü samit hamı xəndandır

Bir belə mövsümdə bahar çağdaƏncüməni-eyşdir afaqdaBir özgə aləmdi bu torpaqdaLətafət sündüsü yarpaqdaQumru çıxıb sərvə oxumaqdaKəbki-dəri qəhqəhə qılmaqdaTədərvi-tavus nə müştaqdaBülbül durub şaxi-təla taqdaSübhə baxır xəyali-işraqdaNəğmeyi-sübhi oxuya bağdaGörün nə var hikməti-RəzzaqdaƏql baxıb valeh ü heyrandır

Çox əcəbdir şərhi-Xuda hikmətiBilmək olmaz andakı keyfiyyətiAləmə sabitdir uluhiyyətiBilməyir əqdəs mahiyyətiGörüncə qüdrətdi onun qüdrətiSəbzələrə lütf qılıb xizrəti

Bürünmüşdür al ü yaşıl xil'ətiƏtr basıb hifli-xoş zinətiBəzmi-Züleyxadı gül həşmətiHər birinin Yusuf kimi tələtiŞahidi-gül tərk qılıb mürüvvətiBülbüllərin könlü dolu qandır

Çıxdı bülbül xətib tək minbərəLəfzi-ibarəti dönüb gövhərəQıldı nida cəm'i-gülşənlərəİsmə'u, ya firqətəl-əzhərəBehiştin asarı enibdir yerəBənövşədən xak dönüb ənbərəNəhr ü çeşmə oxşuyurlar KövsərəSəngi-çəmən təl'əti-sim ü zərəGeyindirdi xil'əti gül CəfərəƏtləsi-gülnari gül əhmərəSündüsi-xəzriyyəni nilufərəGül bəzənib gülşənə mehmandır

Səd mərhəba ləli-zərəfşan gülHər zinət ü zib fərraşan gülŞamlara şəm'i-fürüzan gülDağ yerinə mehri-dərəxşan gülBargahi-şaxeyi-Süleyman gülAtəşi-Musiyədə bürhan gülTələtdə Yusifi-Kənan gülVərəqləri şibhi-Qur'an gülHurilərin tacına mərcan gülHaşiyə güşinə reyhan gül

Qönçələrə çeşmeyi-heyvan gülGülün suyu çeşmeyi-heyvandır

Bahar bir fəsildi, yüz şərh ü babCəm' eyləməz vəsfini yüz min kitabO gündən kim həməldədir aftabXeymeyi-gül cümləsi zərrin tənabŞəqayiqin çətri cəvahir qübabŞükufələr nuri-çırağantabGecə-gündüz bağ ü çəmən mahtabSəbzələrə sayə salıbdır səhabJalələrin danəsi lö'löyi-nabRuha lətafət verir avazi-abÇəmənlərə fəzli-xudayi-hesabSəbzələrə lütf ilə ehsandır

Rə'd çəkər nə'reyi-ya nəfxi-surDışarı çıxın, ya mən fil-qüburSovr ilə Cövzaya çıxıb mehrü hurHökmi-bahar aləmə tapmış sudurMəşriqdən məğribə əmri budurGül hamısı xakdan etsün zühurSəbzələrə zamani-eyşü sürurGülşən olub şərafəti-Kuhi-TurCərgeyi-miqatə xiyaban dururZəmzəmeyi-zikrdə fövcüt-tuyurNəhmədukə, ya Qədir, ya ŞəkurŞükufələr tamam əlvandır

Ərzü səma cümlə bərəng əxzəriFəcri-sabalundə nilufəriNəxli-zümürrüddə quşun şəhpəriŞaxi-zəbərcəddə gül əhməriZənbəqdə jalə həva gövhəriQırmızı yaqut gülün əfsəriBülbül olub hədiqənin sərvəriVən yəkadı oxuyur əzbəriDəf' qılur gülü yaman mənzəriXudavənda, bu Didənin gözləriBir göreydi rövzeyi-PeyğəmbəriMüxtəsəri, bahar sultandır

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring