Ey oğul, xəlqə söyləmə böhtan,Yaxşıya yaxşı ol, yamanə yaman.Əsldə yaxşı olsa bir dana,Sən “yamandır” – demək deyil ziba.Tutalım, sən gülü dedin “bədbu”,Xəlq söylər ki, əqlsizdir bu.Sənə bir yaxşı kimsə olsa yaman,Xəlq onu söyləməz yaman, ey can.Yaxşıdır ol ki, əsli, bünyani,Sən “yamandır” – desən nə nöqsani?Sən dedin ki, deyil xəlifə Ömər,Ömərə bu kəlamdən nə zərər?Sən dedin ki, deyil imam Əli,Olmadı zaye ehtirami-Əli.Dedilər Müstəfani sahirdir,Var cünuni, səfihü şairdir.Tapmadı şəni-Müstəfa nöqsan,Yaxşını eyləmək olurmu yaman?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets