Hekayət (Gördü bir mərd kim, məgər şeytan)
Gördü bir mərd kim, məgər şeytanBir uçuq büqədən baxır pünhan.Uzadır başını, çəkir hər dəm,Dedi: – Ey düşməni-bəni-Adəm,Nəyə məşğulsən, bu yerdə nə var?Dedi: – Ahəstə eylə kim, göftar,Neçə günlərdi çəkmişəm zəhmət,Tapmışam bir kişiylə bir övrət.Etmişəm onları bu gün iğva –Ki, bu viranədə edillə zina.Az qalıb işləri təmam olsun,Dedi: – Bu ad sənə həram olsun!Aduvi qoymusan əbəs şeytan,Tutduğun əmri-şeytənətdən utan!Neçə gün zəhmətindən, ey rüsva,Edəcək axır iki şəxs zina?Nə hünərdir bu, nə rəşadətdir,Sənə bu mayeyi-xəcalətdir.Gör mən indi nə iş təmam edərəm,Sənə şeytanlığı həram edərəm.Dedi: – Get qoççağım, görüm bari.Getdi ol şum bir oba sari.Dedi: – Ey xançobanlı taifəsi,Görməyirsiz gəlir tüfəng səsi?Sizi öldürməyə BağırbəyliAtlanıb əl-ayağı çirməkli.Onlara çox yaman iş eyləmisiz,Bir dana quyruğu siyirləmisiz.Bunlar amadə oldu etməyə cəng,Kimi xəncər götürdü, kimi tüfəng.Bunları hazır eyləyib yeksər,O biri qövmə getdi verdi xəbər.– Ey Bağırbəyli! Xançobanlı gəlür.Bu yavuq dəmdə qanuvuz tökülür.And içiblər təmam Quranə,Boyasınlar sizi qızıl qanə.Sözümə etməsəz əgər bavər,Göndərin bir nəfər xəbərdən ötər.Həm bular cəngə oldu amadə,Durdular müntəzir o səhradə.Düşdü ol gün arayə çərxəçilər,Aqibət şölə çəkdi atəşi-şər.Çəkdilər tiğ, tökdülər çox qan,Yüz nəfər qanə oldular qəltan.Getdi ol mərd gördü kim, şeytanHələ viranəyə baxır əlan.Dedi şeytanə: – Uff, ey bədnam!Bir zina olmayıb hənuz təmam?Gör ki, mən tutmuşam nə əfsanə,Boyadım aləmi bu dəm qanə.Dedi şeytan ki, ey səfihü dəğa,Mən gərək bunları edəm iğva,Ta ki gəlsin vücudə, ey bədnam,Sən kimi bir şəriri-nütfəhəram –Ki, belə məsdəri-fəsad olsun,Fitnəəngizü bədnihad olsun.Necə sabiqdə valideynüvü mənEtdim iğva, vücudə gəldin sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hekayet-gordu-bir-merd-kim-meger-seytan
Use ← → keys to move, R for a random poem
More by this author
Vardı bir xeyrsöyləməz nadan,Dilinə xeyr gəlməyib bir an.
Toxucunun hekayəsiVar idi İsfəhanda bir nəssac,Toxudu şahə bir gözəl dibac.
Həzrəti-İsanın qissəsiBir gün, ey ruhi-həzrəti-İsa,Kəlmeyi-həq, o nuri-paki-xuda
Oğluma nəsihət (Cəfər, ey sibti-Heydəri-Kərrar)Cəfər, ey sibti-Heydəri-Kərrar,Mərdlik şivəsində ol huşyar.
Poems by other poets
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
بزن که سوز دل من به ساز میگوییز ساز دل چه شنیدی که باز میگویی
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.